Estoniya XİN: Polşa NATO ölkəsidir, hər qarışı müdafiə edəcəyik
    • 16-11-2022, 00:20
    • 412

Estoniya XİN: Polşa NATO ölkəsidir, hər qarışı müdafiə edəcəyik

Polşadan gələn son xəbərlər çox narahatlıq doğurur. Biz Polşa və digər müttəfiqlərlə sıx məsləhətləşmələr aparırıq. Estoniya NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırdır. Biz yaxın müttəfiqimiz Polşa ilə tam həmrəyik.

News24.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin Rusiya raketlərinin Polşa ərazisinə düşməsi ilə bağlı bəyanatında deyilir.

Olayla bağlı açıqlama verən Latviyanın Baş naziri Artis Pabrikis də Polşa ilə həmrəy olduğunu bildirib:

“Cinayətkar Rusiya rejimi raketlər atıb, bu raketlər təkcə dinc ukraynalıları vurmayıb, həm də Polşada NATO ərazisinə düşüb. Latviya polşalı dostlarını tam dəstəkləyir və bu cinayəti pisləyir”.