Azərbaycanlı alim vəfat etdi
    • 12-03-2023, 12:17
    • 307

Azərbaycanlı alim vəfat etdi

Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, Mühəndis fizikası və elektronika kafedrasının müdiri Eldar Mehralı oğlu Qocayev vəfat edib.

News24.az xəbər verir ki, bu barədə Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov məlumat verib.

Qocayev Eldar 1944-cü il dekabr ayının 10-da anadan olub. 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 1967-1972–ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləyib,1987-ci ildə fizika üzrə professor elmi adına layiq görülüb.

1987-1990-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə isə rektor əvəzi işləyib.
O, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülüb.