-
- 9-03-2020, 11:47
- 1 023
Azərbaycanda sabiq universitet rektoru vəfat etdi
Azərbaycan Texnologiya Universitetinin Maşın mühəndisliyi və logistika kafedrasının müdiri, texnika elmləri doktoru, professor Tofiq Qocayev vəfat edib.
News24.az-ın məlumatına görə,T.Qocayev xəstəlik səbəbindən 76 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin.
Qeyd edək ki, Tofiq Qocayev 1987-1992 illərdə Azərbayan Texnologiya İnstitutunun (hazırki Azərbayan Texnologiya Universiteti) rektoru vəzifəsində çalışıb.
Sovet dövründə Dəfələrlə Kəpəz rayon və Kirovabad şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib. 1992-ci ildə yüksək ixtisaslı mühəndis-mexanik və mühəndis-texnoloq kadrların hazırlanmasında xidmətlərinə görə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Azərbaycan Dövlət Aqrar Universitetinin, eləcə də Azərbaycan Texniki Universitetinin müdafiə şuralarının üzvü olub. Tofiq Qocayevin Elmi kadrların hazırlanmasında böyük rolu olub. Belə ki, onun rəhbrliyi ilə 4 nəfər texnika elmləri doktoru adına layiq görülüb.