Gənc yaşında milyardlar qazanan azərbaycanlılar – Böyük uğurlara gedən yol...
    • 1-02-2019, 18:00
    • 1 017

Gənc yaşında milyardlar qazanan azərbaycanlılar – Böyük uğurlara gedən yol...

[spoiler][/spoiler]2 fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Əsası 1997-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.

Xatırladaq ki, 2007-ci ildən Azərbaycanda gənclik yaşı 35-dən 29-a endirilib. Bununla bağlı elə həmin il "Gənclər siyasəti haqqında” Qanuna dəyişiklik edilib.

Yəni 29 yaşına qədər böyük uğurlara imza atan, öz adını "dünya zənginləri” sırasına qatan azərbaycanlı zənginlərlə bağlı araşdırma aparıb. 
Məlumat üçün bildiririk ki, onlar hazırda gənc yaşlarında olmasalar da, hazırki uğurlarını məhz gənc yaşlarında əldə ediblər.

"Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov 29 yaşında artıq dünyanın ən zəngin insanları siyahısında idi. 1968-ci ildə Masallı rayonunda anadan olan M.Mənsimov İstanbulda yaşayır.

O, hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1997-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir. Son dövrlər müəyyən maddi itkilərə uğradığı barədə məlumatlar yayılsa da, bütün hallarda onun adı "Forbes”in milyaderlər siyahısında keçir. 

"Kiyevskaya Ploşad” Şirkətlər Qrupunun sahibi Qod Nisanov 29 yaşında artıq böyük pullara sahib idi. 1972-ci ildə Qubada anadan olan Q.Nisanov Moskvada yaşayır.

O, ortağı və uşaqlıq dostu Zarah İliyevlə birgə 2001-ci ildə ildə Rusiyanın ən böyük ticarət mərkəzlərindən olan – "Moskva” Ticarət Mərkəzini yaradıb. Sonradan fəaliyyət sferasını genişləndirib. "Biskvit” kompaniyasını və "Ukrayna” və "Avropa” otellərini alıb. Hazırda şimal qonşumuzun ən iri şirkətləri sırasında yer alan - "Kiyevskaya Ploşad”ın İdarə Heyətinin sədridir. "Forbes” jurnalının araşdırmasına görə, ortaqları ilə birgə Rusiyanın "əmlak kralı”dır. 

"Safra İnsruments” Şirkətlər Qrupunun sahibi Zarah İliyev 29 yaşında artıq milyonçu idi. 1966-cı ildə Quba rayonunda anadan olan Z.İliyev hazırda Moskvada yaşayır.

1993-cü ildə öz soyadına açdığı "İliyev” şirkətini təsis edən Zarah bu firma vasitəsilə "Çerkizovsk” bazarının bir hissəsinə nəzarət edirdi. Daha sonra ortağı Qod Nisanovla "Moskva” ticarət mərkəzini alaraq, "Safra İnstruments” şirkətlər qrupunu yaradır. 2008-ci ildə Beliz Respublikasında qeydiyyatdan keçən "Binston İnvestments Limited” də bu şirkətlər qrupuna məxsusdur. Onların sahibi olduğu "Avropa" ticarət mərkəzini gün ərzində yüzminlərlə insan ziyarət edir.

SSRİ-nin ilk rəsmi milyonçusu Cənnət Əliyev 29 yaşında artıq bu titula sahib idi. 1954-cü ildə Naxçıvanda anadan olan C.Əliyev 2014-cü ildə vəfat edir.

1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda "Təbriz" kooperativini qurur SSRİ -nin ilk rəsmi milyonçusu kimi məşhurlaşır. Müharibə illərində orduya külli miqdarda vəsait ayırır. 1994-cü ildə Kalmıkiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə səfiri təyin edilir. Bir çox ərəb ölkələrində səfərdə olaraq, Səddam Hüseyn və Bəşər Əsədlə ilə görüşləri olur. 1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlayaraq, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlayıb.

"Forbes" jurnalına görə, Afrikanın ən zəngin və nüfuzlu qadını İzabel Santuş 29 yaşında artıq rəsmi olaraq milyarder idi. 1973-cü ildə Bakıda anadan olan İ. Santuş Anqola prezidenti Joze Eduarda duş Santuşun qızıdır.

İzabel son illərdə bank və kabel televiziyası daxil olmaqla bir neçə Portuqaliya şirkətinin səhmlərini alıb. Bu səhmlər İzabelin qazancını 1 milyard dollara yüksəldib və nəticədə o, Afrikada ilk qadın milyarder olub. İzabel ən böyük portuqal kabel televiziya şəbəkəsində 28,8 faiz səhmə malikdir. Onun portuqal bankı BP-də olan 19,5 faizlik səhm paketi 465 milyon dollar həcmində qiymətləndirilir. Həmçinin, Anqolada BİK bankının dörddə biri və "Unitel" telekommunikasiya şirkətinin dörddə biri İzabelə aiddir.

//Azxeber