Mübariz Mənsimov "Palmali" adını hardan "mənimsəyib"...
    • 5-11-2018, 15:25
    • 1 617

Mübariz Mənsimov "Palmali" adını hardan "mənimsəyib"...

Neft daşımalarından liman idarəçiliyi, futbol klubu sahibliyindən inşaatçılığa qədər bir çox işlə məşğul olan tanınmış işadamı Mübariz Mənsimov “SeaNews” beynəlxalq gəmiçilik jurnalına verdiyi müsahibəsində şirkətinə niyə məhz "Palmali” adını verməsindən danışıb: "Mənimlə 20 ildən artıq işləyən Nuray xanım var. Rusiyadan ona zəng elədim. “Mərkəzi İstanbula keçirəcəyəm, şirkət qur” dedim. “Nə şirkət?” deyə soruşdu və mən də dənizçilik şirkəti deyə cavabladım. 1997-ci ilin oktyabr ayı idi. İşdən yorğun gəlib yatdım. Səhər oyananda qapı döyüldü. Açdım ki, Nuray xanımdır. “Hər şey hazırdır, qalx imza atmağa gedək” dedi. “Nə imzası?” deyə soruşdum. “Dediyin şirkəti qururuq” dedi. Televiziyanın yanında Robinson Crusoe filminin diski var idi. Onun kimi mən də möcüzə ilə üzləşmişdim. Robinson adaya düşdüyü zaman “Mən haradayam?” deyə özünə sual edir və başı palma ağacına dəyir. Bu səbəblə harada oyandığını fərq etmir və adanın adını palmali qoyacağını deyir. Bilirsiniz palma ağacı dözümlü bir ağacdır, dəniz suyuna qarşı dayanıqlıdır, tənhalığı sevir. “Palmali” adı da oradan gəlir. Yəni ad sadəcə bu filmdən gəlir. Başqa heç bir səbəb yoxdur".