Ali məktəblərdə dövlət imtahanı ləğv olundu
    • 13-03-2023, 13:09
    • 184

Ali məktəblərdə dövlət imtahanı ləğv olundu

Ali təhsil müəssisələrində dövlət imtahanı ləğv olunub.

Bunu News24.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi Elm sektorunun müdiri Turxan Süleyman deyib.

O bildirib ki, yeni təhsil standartında dövlət imtahanı deyilən anlayış yoxdur:

"Bu il ali təhsil müəssisələrinin I və II kursunda təhsil alanlar ali məktəbi bitirdikdə dövlət imtahanı verməyəcəklər. Dövlət imtahanı verənlər köhnə standartla təhsil alanlardır".