-
- 13-03-2023, 13:18
- 367
Azərbaycan İsrailin ən çox silah ixrac etdiyi ikinci ölkə olub
2018-2022-ci illərdə Azərbaycan İsrailin ən çox silah ixrac etdiyi ikinci ölkə olub.
News24.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında bildirilib.
Qeyd olunub ki, sözügedən dövrdə İsrailin silah ixracının 9,1%-i Azərbaycanın payına düşüb. 2018-2022-ci illər ərzində İsrailin ən çox silah ixrac etdiyi ölkə isə Hindistan olub. Hindistana silah ixracı İsrailin ümumi silah ixracının 37%-ni təşkil edib.
İsrailin ən çox silah ixrac etdiyi üçüncü ölkə isə Filippin (8,5%) olub.
2018-2022-ci illərdə İsrailin qlobal silah ixracındakı payı 2,3% təşkil edib.