İsrailin Dəməşqə hava hücumu təşkil etdiyi iddia edilir
    • 7-06-2022, 12:07
    • 305

İsrailin Dəməşqə hava hücumu təşkil etdiyi iddia edilir

İsrailin Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsəd rejimi qüvvələrinə aid bəzi nöqtələrə hava hücumu təşkil etdiyi iddia edilib.

News24.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Əsəd rejiminin xəbər agentliyi SANA, hərbi mənbəyə istinadla bildirib.

Bildirilib ki, İsrail hava qüvvələrinin yerli vaxtla saat 23:18-də Dəməşqin cənubunda rejim qüvvələrinə aid bəzi hərbi nöqtələrə zərbələr endirdib.

Əsəd rejimi İsrailin mayın 20-də Dəməşqin cənubuna, mayın 13-də isə Həmanın Misyaf bölgəsinə hücumlar təşkil etdiyini iddia edib.