-
- 14-03-2023, 13:11
- 362
“2020-ci ildə səsi çıxmayan Ermənistan təxribatları çoxaldır” - Çıxış yolu yalnız...
“Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir. Ermənistan ona verilmiş tapşırıqları yerinə yetirir. Buna görə də martın 13-ü axşam saatlarından martın 14-ü səhər saatlarınadək Ordumuzun mövqelərini 19 dəfə atəşə tutublar. Doğrudur, layiqincə adekvat tədbirlər görüldü. Amma bu, vəziyyətdən çıxış yolu deyil. Təxribatlar yenə davam edəcək”.
Bunu News24.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
Ekspert Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvlərinin atəşlərinin ciddi məsələ olduğunu deyib.
O bildirib ki, bu məsələnin bir çıxış yolu var: “Azərbaycan təcili şəkildə, heç kimdən soruşmadan Qarabağda nəzarət-keçid məntəqələrini quraşdırmalıdır. Nəzarət-keçid məntəqəsi olmayana qədər bu təxribatlar davam edəcək. Ancaq bu məntəqə olduğu təqdirdə erməni terrorçular siçan deşiyi axtaran kimi bölgədən çıxmağa yer axtaracaqlar. Yaxud da bizdən xahiş edəcəklər. Azərbaycan onlara danışıqlar üçün Bakını təklif edir, Ermənistan tərəfi isə danışıqların Xocalıda, Rusiya sülhməramlı kontingentinin müvəqqəti qərargahda keçirilməsini və Rusiyanın moderator olmasını istəyir.
Bəyanatlarla razılığa gəlmək mümkün deyil. Çünki biz bəyanatlar səsləndirdikcə, atəşkəsin pozulduğu mövqelərin sayı artır. 2020-ci ildə səsi çıxmayan Ermənistan təxribatları çoxaldır. Belə vəziyyətdə itkilərimizin olması qaçılmazdır. Müharibədən sağ qayıdan şəxslər bəzən xain bir təxribatın qurbanı olurlar. İtkilərimizin olmaması üçün təcili tədbirlər görməliyik”.