"Ermənistanla Rusiya arasında problemlər var"
    • 14-03-2023, 16:00
    • 316

"Ermənistanla Rusiya arasında problemlər var"

Ermənistanla Rusiya arasında böhran görmürəm, ölkələr arasında açıq dialoq aparılır.

News24.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İrəvan və Moskva bütün məsələləri müzakirə edirlər.
“Problemlər də var, ancaq onlar obyektiv məsələlərdir və iki ölkə arasında əməkdaşlığa təsir etmirlər”, - Paşinyan vurğulayıb.