Bakıda havada tozun miqdarı normadan çoxdur
    • 14-03-2023, 18:00
    • 463

Bakıda havada tozun miqdarı normadan çoxdur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi martın 14-də atmosfer havasının keyfiyyəti ilə bağlı məlumat yayıb. 

News24.az-a qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. 

Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin və dəm qazının miqdarı normadan 1.6, Sumqayıt şəhərində tozun miqdarı 1.1, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1.2 dəfə normadan yüksək qeydə alınıb.

Sinoptik vəziyyətlə əlaqədar müşahidə olunan toz hissəcikləri lokal xarakterlidir və gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır.