Qəbələdə ölümlə nəticələnən qəza baş verib - FOTO

Qəbələdə ölümlə nəticələnən qəza baş verib - FOTO Hadisə
Qəbələdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Mirzəbəyli kəndində baş verib.

Nəticədə kənd sakini 1997-ci il təvəllüdlü Qədirov Orxan hadisə yerində ölüb.
Sürücü hadisə yerindən yayınsa da sonradan polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. /APA/