İmran Xan tərəfdarları ilə polis arasında qarşıdurma oldu
    • 15-03-2023, 11:14
    • 229

İmran Xan tərəfdarları ilə polis arasında qarşıdurma oldu

Pakistanda keçmiş Baş nazir İmran Xanın tərəfdarları ilə polis arasında qarşıdurma yaşanıb.

News24.az xəbər verir ki, keçmiş Baş nazirin məhkəmə prosesində iştirak etmədiyi üçün həbs edilməsinə qərar verildikdən sonra ölkə daxilində etiraz dalğası alovlanıb.

Lahorda baş verən qarşıdurmalarda indiyədək 33 polis əməkdaşı yaralanıb, çox sayda nümayişçi saxlanılıb.

Xatırladaq ki, İmran Xan qadın hakimlərə və polis məmurlarına qarşı hədə-qorxu gəlmək və ədəbsiz söz işlətməkdə təqsirli bilinir.

Qumral Əliyeva