-
- Dünən, 22:24
- 590
Ailə qətliamı: 5 ölü, 2 yaralı...
İstanbulun Büyükçekmece ilçəsində Bahadır Aladağ adlı şəxs evdə ata və anasını, daha sonra isə baldızını və yaxın dostunu qətlə yetirib.
News24.az Axar.az-a istinadən xəbər verir ki, evdə valideynlərini öldürən Aladağ Esenyurda gedərək baldızının, Avcılarda isə bərbər dostunun həyatına son qoyub.
Bundan əlavə, qatilin 2 nəfərə də ağır xəsarət yetirdiyi bildirilib. Sonda isə Aladağ avtomobilində intihar edir.
Faktla bağlı araşdırma aparılır.