Roza Zərgərliyə yüksək vəzifə verildi
    • 15-03-2023, 15:21
    • 820

Roza Zərgərliyə yüksək vəzifə verildi

Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərliyə yeni vəzifə verilib. 

News24.az-ın əldə etdiyi məlumata görə, Roza Zərgər qızı Allahverdiyeva “Kanal S” televiziyasının Baş prodüseri təyin olunub.  
Qeyd edək ki, “Kanal-S” 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı idi.Televiya kanalı  2022-ci ildən  ümumrespublika yayımına başlayıb. 

Xatırladaq ki, 19 sentyabr 2016-cı il tarixindən etibarən "Kanal-S" olan telekanalın adı dəyişdirilərək "ARB Şəki" olub. 8 yanvar 2022-ci il tarixindən etibarən "ARB Şəki" adı dəyişdirilərək yenidən televiziya  "Kanal-S" adlandırılıb.//manset.az