Azərbaycanda polisi söyüb video çəkənlər həbs edildi
    • 16-03-2023, 11:47
    • 523

Azərbaycanda polisi söyüb video çəkənlər həbs edildi

Mingəçevir şəhərində polis əməkdaşını ictimai yerdə söyərək videoya çəkən və həmin videonu tiktok sosial şəbəkəsində yayan şəxslər həbs edilib.

News24.az əldə etdiyi məlumata görə, hadisə şəhərin M.Maqomayev küçəsində baş verib. Şəhər sakini, 1978-ci il təvəllüdlü Eldəniz Yusifov Mingəçevir şəhər Polis Şöbəsinin mayorunu küçədə sərxoş halda söyüb. Bu zaman Əvəz adlı digər şəxs bunu videoya çəkərək öz tiktok hesabnında paylaşıb.

Videonun yayılmasından sonra polis əməkdaşları həmin şəxsləri axtarıb tapıb və Eldənizlə Əvəz saxlanılıb. Onların barələrində İnzibati Xəalar Məcəlləsinə əsasən protokol tərib edilib və hər iki şəxs Mingəçevir Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmədə Eldəniz polisi söyərkən videoya çəkilməsindən və həmin videonun yayılmasından xəbərsiz olduğunu deyib. 

Məhkəmə Eldənizə 12 sutka, videonu paylaşan Əvəzə isə 8 sutka həbs cəzası təyin edib.

Taleh BAĞIROV