Prezident İlham Əliyev Ankarada TDT-nin Fövqəladə Zirvə görüşündə iştirak edir
    • 16-03-2023, 14:06
    • 239

Prezident İlham Əliyev Ankarada TDT-nin Fövqəladə Zirvə görüşündə iştirak edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilir.

News24.az xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev tədbirdə iştirak edir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra birgə foto çəkdirilib.