Üç lider Qüdsdə görüşdü: İranla bağlı sərt mesaj verildi
Dünya
İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Kipr lideri Nikos Xristodulides Qərbi Qüdsdə üçtərəfli sammit keçirib.
News24.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransında Netanyahu üç ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılıq əldə olunduğunu bildirib. O, İsrail, Yunanıstan və Kiprin qarşılıqlı müdafiəyə sadiq olduğunu vurğulayıb və İranın mümkün addımlarına sərt cavab veriləcəyini deyib.
Kipr lideri Nikos Xristodulides enerji, təhlükəsizlik, müdafiə və dənizçilik sahələrində əməkdaşlığın genişləndiyini açıqlayıb. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis isə Qəzzadakı vəziyyətin müzakirə edildiyini və Kiprdə dəniz kibertəhlükəsizlik mərkəzinin gələn ildən fəaliyyətə başlayacağını bildirib.