-
- 2-02-2019, 16:30
- 814
Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılacaq
Fevralın 13-ü Azərbaycan Yazıçılar Birliyində Xalq şairi, ədəbiyyatşünas alim Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə əlaqədar “Bəxtiyar Vahabzadəyə - sayğı gecəsi” adlı ədəbi-bədii gecə təşkil olunacaq.
Tədbir Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin ölkəmizdəki nümayəndəliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşəbbüsü ilə reallaşacaq.
Tədbirdə Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığından söhbət açılacaq, həmçinin əsərlərindən nümunələr söyləniləcək.
Qeyd edək ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynayıb. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edib. Şairin yaradıcılığı yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayıb.
//AZƏRTAC