"Ölkəmizdə ixtisas seçimi demokratik şəkildə aparılır"
    • 17-03-2023, 12:30
    • 207

"Ölkəmizdə ixtisas seçimi demokratik şəkildə aparılır"

Ölkəmizdə ixtisas seçimi demokratik şəkildə aparılır. Hər bir abituriyent 15 ixtisas seçə bilər. 

News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə,  abituriyentlər ixtisasları şəxsi seçimləri əsasında seçmirlər: 

"Bəzi mütəxəssislər peyda olublar, abituriyent harasa qəbul olunsun deyə ixtisas seçimi edirlər. Çünki abituriyentlərin bir qismi yalnız ali məktəbə qəbul olmaq istəyirlər. Burada DİM-in günahı yoxdur. Həmin abituriyentlərlə vaxtında peşə yönümlü danışıq aparılmalı idi. Bu, kütləvi prosesdir, hər bir fərd özü anlamalıdır ki, imtahanda iştirak edib doğrudan da bu ixtisas üzrə təhsil almaq istəyirmi?

Təəssüf ki, bu seçimləri abituriyentlərin əvəzinə ya valideyn, ya da müəllimləri edir.

Kimsə istəyirsə övladına yön versin, peşə testlərindən keçirsin. Onda onun nəticəsi daha yaxşı olacaq. Biz məsləhət verə bilərik. İmkan hamı üçün eynidir. Nəticən aşağıdır, 200 balla istədiyin ixtisasa daxil ola bilmirsənsə, yenidən hazırlaş".