-
- 16-08-2022, 11:17
- 439
DİM ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ixtisas seçimi elan etdi
"İxtisas seçimi bütün ixtisas qrupları üzrə 2022 ci il avqustun 16-dan 28-dək internet vasitəsilə aparılır.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna (qruplarına) aid olan 15-dək ixtisas kodunu qeyd edə bilər".
News24.az-ın məlumatına görə, bunu ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyent” 4 jurnalından seçməklə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər: "Abituriyentlər, müsabiqə şərtlərini ödədikləri halda, eyni vaxtda 2 ixtisas qrupu (I-IV ixtisas qruplarının hər hansı biri və V ixtisas qrupu) üzrə müsabiqədə iştirak edə bilərlər.
İxtisas seçimi zamanı düzgün qərar qəbul etmək abituriyentin qarşısında duran ən əhəmiyyətli məsələdir. Bu zaman mövcud müsabiqə vəziyyəti, abituriyentin imtahan nəticələri, onun istəyi, ailənin imkanları nəzərə alınmalıdır. İlk növbədə hər kəs bu məsuliyyəti dərk etməli və şəxsən özü öz seçimini etməlidir".