Türkiyənin ilk döyüş təyyarəsi uçuş-enmə zolağına çıxıb
    • 18-03-2023, 01:15
    • 217

Türkiyənin ilk döyüş təyyarəsi uçuş-enmə zolağına çıxıb

Türkiyənin ilk qırıcısı Milli Döyüş Təyyarəsi uçuş-enmə zolağına çıxıb.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir tvitterdə bildirib.

“Bildirmişdik ki, martın 18-də Milli Döyüş Təyyarəmiz anqardan çıxarılacaq. Bu gün o, uçuş-enmə zolağındadır”, - o qeyd edib.