İran prezidentini aparan helikopterin vəziyyətindən dəqiq xəbər yoxdur – YENİLƏNİB
    • 19-05-2024, 17:23
    • 624

İran prezidentini aparan helikopterin vəziyyətindən dəqiq xəbər yoxdur – YENİLƏNİB


“Xilasetmə qrupları qəzanın baş verən əraziyə çatıb”.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə məlumatı İran Prezidentinin daşıyan vertolyot Varzeqan ictimai ərazisində "sərt eniş" qəzası keçirməsi ilə bağlı İRNA yayıb.

Məlumata görə, təxminən bir saat qəzadan sonra xilasetmə qrupları elan edilən yerə gəlib və axtarışlara başlanılıb.

Əraziyə 20 xilasetmə qrupu və pilotsuz uçan aparat göndərilib, lakin ərazinin keçilməz olması, dağlıq və meşə şəraiti, eləcə də əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatı vaxt aparacaq.


***

«Biz hələ də prezidenti aparan helikopterin vəziyyətindən xəbərsizik».

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin rəhbəri Mehrlə bildirib.

Məlumatda qeyd olunub ki, hələlik vəziyyətlə bağlı ətraflı məlumat yoxdur:

“Yaxında vəziyyətlə bağlı ətraflı məlumat veriləcək”.

Daxili işlər naziri Əhməd Vahidi isə bildirib ki, onlar xilasetmə qruplarının qəza yerinə getməsini gözləyir:

“Hava şəraitinin yaxşı olamaması səbəbi ilə prezidenti daşıyan helikopter sərt eniş etməli olub”.



***

"İran prezidentinin vəziyyəti yaxşıdır, kortejdə avtomobillə Təbrizə gedir"

News24.az APA-ya istinadla əbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.



***

Qəzanın xilasedicilərə bildirilməsindən təxminən bir saat sonra xilasetmə qrupları İran prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğradığı ehtimal edilən yerə gəlib və axtarışlara başlanılıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, əraziyə 16 xilasetmə qrupu göndərilib. Lakin ərazinin keçilməzliyi və əlverişsiz hava şəraiti, xüsusən də qatı duman axtarış-xilasetmə işini çətinləşdirir.


***


İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.



***

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb.

Bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, qəza İranın Şərqi Azərbaycan vilayətində baş verib. Qeyd olunub ki, dövlət başçısının kolonunda ümumilikdə üç helikopter olub: onlardan ikisi təyinat nöqtəsinə çata bilib.

Vurğulanıb ki, “prezident helikopterində olanlardan bəziləri mərkəzlə əlaqə saxlamağa müvəffəq olub və beləliklə, bu hadisənin itkisiz yekunlaşacağına ümid artıb”.

Məlumata görə, sözügedən hava gəmisinin göyərtəsində ölkənin xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da olub. (Report)