Məşhur amerikalı aktyor öldü
    • 18-03-2023, 01:38
    • 938

Məşhur amerikalı aktyor öldü

“Con Uik” franşizası və “Dinləmə” serialı ilə şöhrət qazanan amerikalı aktyor Lens Reddik 60 yaşında dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Bildirilib ki, aktyorun meyiti Hollivud yaxınlığında Studio-Sitidəki evində aşkarlanıb.

Sənətkarın ölüm səbəbi hələlik aydın deyil. Lakin mənbələrin sözlərinə görə, L.Reddikin ölümü təbii səbəblərdən olub.