Bakıda mağazada kütləvi zəhərlənmə
    • 18-03-2023, 10:00
    • 317

Bakıda mağazada kütləvi zəhərlənmə

Bakıda mağazada kütləvi zəhərlənmə qeydə alınıb.

News24.az xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mağazada işləyən – 1997-ci il təvəllüdlü Zamanlı Arzu Bəbir qızı, 2000-ci il təvəllüdlü Quliyeva Rəşidə Yusif qızı, 1996-cı il təvəllüdlü Rəhimli Lalə Hüseyn qızı, 2000-ci il təvəllüdlü Kərimli Aydan Xalıq qızı iş vaxtı qəbul etdikləri qidadan zəhərlənərək 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada onlara ambulator qaydada tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. /APA/