Zaqataladakı zəlzələdən sonra 5 nəfər xəstəxanalıq oldu
    • 10-08-2019, 18:09
    • 929

Zaqataladakı zəlzələdən sonra 5 nəfər xəstəxanalıq oldu

Səhər saatlarında Zaqatalada baş vermiş zəlzələ ilə bağlı Zaqatala MR Xəstəxanasına 5 nəfər müraciət edib. 
News24.az onlardan ikisi - Göyəm kənd sakini 1992-ci il təvəllüdlü Osmanova Ayşə Hacıməmməd qızı və Hüseynova Hürüney Ramazan qızı yüngül travma, üçü isə - şəhər sakinləri 1987-ci il təvəllüdlü Hüseyinova Saqibət Mayis qızı, 1960-cı il təvəllüdlü Pirəliyeva Sürəyya Cuma qızı və 1990-cı il təvəllüdlü Məmmədova Gülnarə Əli qızı stress, həyəcan və qorxu əlamətləri ilə daxil olub.
Xəstələrə tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.