Bakıda qəbiristanlıqda kişi meyiti tapıldı
    • 4-02-2019, 13:05
    • 1 923

Bakıda qəbiristanlıqda kişi meyiti tapıldı

Bakıda qəbiristanlıqda kişi meyiti tapılıb.

Qaradağ rayon Prokurorluğundan  verilən məlumata görə, fevralın 3-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən qəbiristanlığn yaxınlığında naməlum kişi meyitinın aşkar olunması ilə bağlı prokurorluğa məlumat daxil olub.

Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Meyitin xarici müayinəsi zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində meyiti tapılan şəxsin, 1972-ci il təvəllüdlü Məmmədov Rasim Oruc oğlu olması müəyyən edilib. 

Faktla bağlı Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 


//Azxeber

Xəbər lenti