-
- 18-03-2023, 16:45
- 424
Abdullahiyan Azərbaycana görə Çavuşoğluna zəng etdi
Türkiyə və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Hüseyn Əmir Abdullahiyan İran və Azərbaycan arasındakı vəziyyəti müzakirə edib.
News24.az xəbər verir ki, bu barədə “Təsnim” İran XİN-ə istinadən məlumat yayıb.
Xarici işlər nazirləri həmçinin ikitərəfli əlaqələrin daha da sıxlaşdırılması və regional səviyyədə Tehran və Ankaranı qarşılıqlı maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Türkiyə xarici işlər naziri ölkəsinin İran və Səudiyyə Ərəbistanı arasında 7 illik fasilədən sonra diplomatik əlaqələrin bərpasına dair imzalanmış sazişi alqışladığını bildirib və bu sazişin “müsəlman birliyinə müsbət təsiri”ni vurğulayıb.
Abdullahiyan da növbəsində bildirib ki, “qonşular və region ölkələri ilə müsbət əməkdaşlıq” regionda sülh və sabitliyin möhkəmlənməsinə və beynəlxalq arenada həmrəyliyin güclənməsinə yol açacaq.