-
- 18-03-2023, 22:02
- 349
Güləşçimiz erməniyə qalib gəlib Avropa çempionu oldu
Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında güləşçimiz Maqomed-Başir Xaniyev (70 kq) final görüşünə çıxıb.
News24.az xəbər verir ki, o, həlledici qarşılaşmada ermənistanlı Hayk Papikyanla üz-üzə gəlib.
İdmançımız tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.
Digər idmançımız Rəşid Babazadə (65 kq) zədələndiyi üçün fransalı Xamzat Arsamerzoyevlə final görüşündə güləşməyib və U-23 Avropa çempionatının gümüş medalını qazanıb.
Səbuhi Əmiraslanov ermənistanlı Narek Qriqoryana 4:1 hesabıyla qalib gələrək Avropa çempionatının bürünc medalını qazanıb. İslam İlyasov (97 kq) isə finalda türkiyəli Oktay Çiftçi ilə üz-üzə gələcək.