Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatdı - YENİLƏNDI
    • 19-03-2023, 19:30
    • 426

Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatdı - YENİLƏNDI

Qazaxıstanda növbədənkənar parlament seçkilərində səsvermə başa çatıb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 18.00-da ölkənin bütün ərazisində səsvermənin başa çatdığını açıqlayıb.

Seçki məntəqələrinin ölkənin 15 regionunda bağlandığı zaman seçici fəallığı 54,09 faiz olub. Digər regionlarda saat qurşağına əsasən, seçki məntəqələri 1 saat gec bağlanıb.

Qazaxıstan MSK növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini yerli vaxtla saat 22.00-da açıqlayacaq.

***
saat 14.50

Qazaxıstanda növbədənkənar parlament seçkilərində seçici fəallığı 50 faizi ötüb.

Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Yerli vaxtla saat 16.00-a seçici fəallığı 51,98 faiz olub. /APA/