Xərçənglə mübarizənin əsas 3 üsulu - Alman onkoloqdan məsləhət
    • 4-02-2019, 15:34
    • 804

Xərçənglə mübarizənin əsas 3 üsulu - Alman onkoloqdan məsləhət

“Xərçəng xəstəliyinə qarşı ən yaxşı profilaktika siqaretdən imtina etmək, düzgün qidalanmaq və aktiv həyat tərzi keçirməkdir”. Bu sözləri Almaniyanın Heydelberq şəhərində yerləşən onkologiya üzrə elmi-təhqiqat xəstəxanasının baş həkimi professor Mixael Baumann deyib.

News24.az xəbər verir ki, professor həmçinin bildirib ki, xərçəng növlərinin 30 faizi tütün məhsullarından istifadəyə görə yaranır.

M.Baumann xərçəngdən qorunmaq üçün düzgün həyat tərzi keçirməyi, vaksinlərdən istifadə etməyi və xəstəliyin vaxtında aşkar edilərək müalicəsinə başlanmasını məsləhət görüb.

Teymur MƏMMƏDOV