Pensiyalarla bağlı xəbər var – qurum məlumat yaydı
Sosial
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə dekabr ayının ödənişini yekunlaşdırıb.
News24.az xəbər verir ki, bu barədə DSMF-nin məlumatında qeyd olunub.
Bildirilib ki, dekabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin dekabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.