Manaf Ağayev:
    • 23-03-2023, 12:13
    • 428

Manaf Ağayev: "Mən öz adımdan onu deyərəm ki..."

“Oqtay müəllimin mənlə  çox gözəl münasibəti  var idi. Televiziyaya gəlməyimdə onun çox böyük əməyi olub. Heç vaxt itirmərəm”. 

Bu fikirləri News24.az-a açıqlamasında tanınmış müğənni Manaf Ağayev deyib. 

“Təzə-təzə gələndə proyektləri var idi, həmişə də məni dəvət edirdi. Həm onun, həm də Dilarə xanımın mənə çox köməyi dəyib. O, çox insan, həm də maraqlı adam idi. Mən öz adımdan onu deyərəm ki, həmişə ondan hörmət görmüşdüm. Allah rəhmət etsin. Məkanı cənnət olsun!”.


Məhərrəm ƏLİYEV
Teymur MƏMMƏDOV