"Oqtaya əsas rollarda birini verməyi düşünürdüm" - Vahid Mustafayev
    • 23-03-2023, 13:40
    • 803

"Oqtaya əsas rollarda birini verməyi düşünürdüm" - Vahid Mustafayev

​​​​“Oqtay Əliyevin çox gözəl fantaziyası, ağılı və bacarığı var idi”.

Bu sözləri News24.az-a açıqlamasında ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev deyib. O bildirib ki, Oqtay çox gözəl dost idi: 

“O, çəkilişlərlə bağlı qəti şikayət etməzdi. Əvvəldən axıra kimi çox əzmlə, fədakarlıqla çəkilirdi. Mayın ikinci yarısında "Həyat deyəsən gözəldir" filmi çıxacaq, orada Oqtay elə gözəl rol oynayıb ki. “Molla Nəsrəddin” filminə hazırlaşırdıq, Oqtaya orada da əsas rollarda birini verməyi düşünürdüm. Heç vaxt səhhətindən şikayət etmirdi. Mən inanmıram necə oldu. Zəngləşdik, təbrikləşdik, dedik ki, görüşək. Birdən məlumat gəldi ki, belə hadisə baş verib”.

Məhərrəm ƏLİYEV
Teymur MƏMMƏDOV