Şabranda ev yandı
    • 23-03-2023, 21:09
    • 233

Şabranda ev yandı

Şabran rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, rayonun Uzunboyad kəndində ümumi sahəsi 160 m² olan, ikimərtəbəli, 8 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 65 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.