Axtarışda olan 21 nəfər tutuldu
    • 24-03-2023, 10:13
    • 289

Axtarışda olan 21 nəfər tutuldu

Martın 23-də ölkə ərazisində qeydə alınan 25, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

News24.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Axtarışda olduğuna görə ümumilikdə 21, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.