Dünyanı heyrətləndirən görüntü – Makronun elə bir videosu yayıldı ki…

Dünyanı heyrətləndirən görüntü – Makronun elə bir videosu yayıldı ki… Dünya

Feysbuk “reel”ində təqdim olunan guya təcili xəbər süjeti altında, mövcud olmayan “Live 24” adlı Fransa xəbər kanalının “müxbiri” Emmanuel Makron və onun hökumətinin devrildiyini elan edib.

“Hazırkı anda qeyri-rəsmi məlumatlar Fransada çevrilişin getdiyini göstərir. Kimliyi açıqlanmayan bir polkovnikin rəhbərlik etdiyi bu proses nəticəsində Fransa prezidenti Emmanuel Makron devrilmiş ola bilər”, – deyə videoda bildirilib.

News24.az xəbər verir ki, “jurnalist” işıqlarla bəzədilmiş Eyfel qülləsi və yanıb-sönən polis maşınları fonunda “xəbərini” təqdim edərkən, kadrda havadan uçan helikopter də görünür. Yaxınlıqda silahlı əsgər keşik çəkir, onun arxasında isə polis kordonlarının arxasında baş verənləri anlamağa çalışan çaşqın insanlar toplaşıb.

Bazar günü Fransadan yayıldığı iddia olunan bu xaotik, lakin tamamilə saxta və süni intellektlə yaradılan görüntülər adı açıqlanmayan bir Afrika ölkəsinin rəhbərinin diqqətini çəkib və o, Fransa lideri ilə birbaşa əlaqə saxlayıb.

“Afrikalı həmkarlarımdan biri mənə mesaj göndərdi: “Hörmətli cənab prezident, ölkənizdə nə baş verir?”, – deyə Makron çərşənbə axşamı Marselə səfəri zamanı Fransanın regional “La Provence” qəzetinə bildirib.

Bu vaxta qədər “ISLAM” ləqəbli istifadəçi tərəfindən paylaşıldığı görünən video artıq 13 milyon baxış toplamışdı.

Makron deyib ki, saxta video əvvəlcə onu güldürsə də, dərhal komandası ilə məsələni araşdırmağa başlayıb və videonun silinməsi üçün feysbukun sahibi olan “Meta” şirkətinə müraciət edib. Lakin “Meta” ilkin mərhələdə videonu silməkdən imtina edib və bunun platformanın istifadə qaydalarını pozmadığını bildirib.

Makronun süni intellektlə yaradılan saxta çevriliş videosu sosial platformada üç gün ərzində qalıb. Sadəcə üzərinə xəbərdarlıq əlavə edilib: “Bu məzmun rəqəmsal şəkildə yaradılmış və ya real kimi göstərmək üçün dəyişdirilmiş ola bilər”.