Şəhid anasını aldadıb pulunu mənimsəyib
    • 24-03-2023, 11:42
    • 344

Şəhid anasını aldadıb pulunu mənimsəyib

Tovuz rayonunda naməlum şəxs şəhid anasını aldadaraq pulunu mənimsəyib.

News24.az xəbər verir ki, bu barədə Elyar İslamoğlu feysbukda paylaşım edib.

Sözügedən şəxs şəhid Elmar Şirinovun anası Amana Nəsirovanı televiziyaya çəkilişə göndərmək adı ilə aldadaraq 200 manatını mənimsəyib.  

Şəhid anasının sözlərinə görə, həmin adam özünü Ağdam qaçqını kimi tanıdıb. Bir-bir şəhid evlərinə gedərək onlara da oxşar yalanlar deyərək şəhid ailələrinin etimadından sui-istifadə edib.