“Oqtay susurdu, maşın çevrilirdi” – Mehriban Zəki qəzadan yazdı
    • 24-03-2023, 11:44
    • 2 530

“Oqtay susurdu, maşın çevrilirdi” – Mehriban Zəki qəzadan yazdı

"İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə "problem yoxdur keçib gedəcək" deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi".

News24.az xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Zəki dəhşətli qəzada həyatını itirən Əməkdar incəsənət xadimi Oqtay Əliyev haqqında sosial şəbəkə hesabında yazıb.

"Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi... Bu sadəcə qəzavü-qədər idi. Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq. Dilarə də inşallah özünü toparlayar. O çox güclü qadındır. Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay. Martın 22 i belə yazıldı bizimçün"- deyə Mehriban Zəki bildirib.