Fransada son vəziyyət - FOTOLAR
    • 24-03-2023, 13:30
    • 301

Fransada son vəziyyət - FOTOLAR

Xəbər verdiyimiz kimi, Fransada pensiya yaşını mərhələli şəkildə qaldıran qanun layihəsinin səsverməyə çıxarılmadan qəbul edilməsi etirazlara səbəb olmuşdu.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, ötən gecə etirazlarda təxminən 3,5 milyon, polisin məlumatına görə isə 1 milyondan çox insan iştirak edib. Etirazçılar Bordo şəhər bələdiyyəsinin giriş qapısını da yandırıb.

Fransanın daxili işlər naziri Gerald Darmanin nümayişlərdən sonra verdiyi açıqlamada ölkə daxilində 457 nəfərin saxlanıldığını açıqlayıb. Darmanin həmçinin 441 polisin yaralandığını bildirib.

 Qumral Əliyeva