Fransa hökumətində yeni nazirlər təyin edildi
    • 20-05-2022, 19:10
    • 466

Fransa hökumətində yeni nazirlər təyin edildi

Fransa hökumətində yeni nazirlər təyin edilib.

Təyinatları Yelisey sarayının baş katibi Aleksis Koler elan edib.

Katerina Kolonna Fransanın yeni xarici işlər naziri təyin edilib. O, 2017-ci ildən şöbəyə rəhbərlik edən Jan-İv Le Drianı əvəz edib.

Fransanın Silahlı Qüvvələr Nazirliyinə Sebastyan Lekornyu rəhbərlik edəcək. Daxili işlər naziri Cerald Darmanin, iqtisadiyyat və maliyyə naziri isə Bruno Le Mer olacaq.

Anyes Panye-Runaşe energetika naziri vəzifəsini icra edəcək. Əvvəlki hökumətdə o, sənaye nazirinin nümayəndəsi vəzifəsində çalışıb.

Bundan əlavə, Ameli de Monşalen isə Fransanın Ətraf Mühitin Planlaşdırılması və Əraziləri naziri təyin olunub./Report.az/