Havada dəm qazının miqdarı normadan artıqdır
    • 24-03-2023, 19:00
    • 1 135

Havada dəm qazının miqdarı normadan artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) martın 24-də atmosfer havasının keyfiyyəti barədə məlumat açıqlayıb.

News24.az   xəbər verir ki, məlumatda atmosfer havasının keyfiyyətinin monitorinqinin gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirildiyi bildirilib. 

“Stansiyalardan əldə etdiyimiz məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının miqdarı normadan 1.6, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1.1, Sumqayıt şəhərində 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması və digər antropogen təsirlərlə əlaqədardır”.