Elza ilə meyxanaçı Vüqar üz-üzə gəldi: “Ana qaz, ananas”... - VİDEO
    • 25-03-2023, 13:32
    • 2 559

Elza ilə meyxanaçı Vüqar üz-üzə gəldi: “Ana qaz, ananas”... - VİDEO

Küsülü olan Əməkdar artist Elza Seyidcahan və meyxanaçı Vüqar Əbdülov "Gül kimi şou"da üzüzə gəlib. 

News24.az xəbər verir ki, verilişin aparıcısı Cavid Gül sənətçiləri barışdırmaq istəyib. 

Seyidcahan "Vüqardan küsməyimin səbəbi özüdür. Özü məndən inciyib, əslində mən inciməliyəm" sözlərini söyləyib.

Vüqar isə barışmaq istəmədiyini büruzə verərək, onunla oxumaqdan imtina edib. Meyxanaçı aparıcının barışıq suallarını cavabsız qoyub. 
Qeyd edək ki, Vüqar Elzanın ünvanına "Elza şeir yazmasın. O, şeir yaza bilmir. Bir də görürsən, girir şeirlərin içinə “ana qaz, ananas”... Etmə belə başına dönüm sənin, Elza" sözlərini deyib. Seyidcahan isə "Bir insanın ki, həyatı eyş-işrətdən, gecə klublarından ibarətdirsə, mənim şeirlərimi başqa istiqamətə yozacaq" deyə, Vüqara cavab verib.//axşam.az