-
- 1-05-2020, 10:22
- 1 134
"Motsart yox, əziz Tahir müəllim, siz neçə dəfə fırlandız yerinizdə?!" - ELZA SEYİDCAHAN
Əməkdar artist Elza Seyidcahan günlərdir sənət yoldaşları Vüqar Əbdülov və Tahir İmanov tərəfindən ünvanına səslənən tənqidləri cavabsız qoymayıb.
News24.az xəbər verir ki, "MTV Azərbaycan" kanalına müsahibə verən Seyidcahan, meyxana ifaçısını qeyri-səmimilikdə ittiham edib: "Vüqar təklikdə mənə deyir ki, mən sənin sözlərini başa düşürəm, amma onlar başa düşmür. Bəs efirdə o nə deməkdi? O gelli dodaqlı kişilər var e, alnımdan öpməyin yalandan. Bir söz deyirsən, a Elza Seyidcahan sən kişilər kişisisən. Biz bunu deyə bilmədik amma sən dedin! Efirdə isə çıxıb başqa söz deyir, efir yalanı sevmir. Nə məcbursan ki, məni yalandan tərifləməyə? Həyatda mənə düzünü deyirsən, efirdə yalan danışırsan. Efirdə dünya baxır. Özünü savadsız, yaltaq, qorxaq göstərirsən. Səmimi olmaq lazımdır".
Müğənni onun şeirlərini başa düşməyənlərə də səslənib: "Bir əlim qabağımda, bir əlim dalımda" şeirimə gülürlərsə, onda "daldan atılan daş topuğa dəyər", "qabaqdan gəlmişlik etmə". Bəs bunlar məgər eyibdir ki? Mənim şeirimə ağızlarını tutub pıkkıldayıb gülürlər ki, burda nəsə bir eyib var. Yəgin mən orda onların eyiblərini üzə çıxartmışam".
Elza xanım Tahir İmanovun müsahibəsinə də kəskin münasibət bildirib: "Onun dilindən istəyərəm ki, o bir peşəkarcasına, bəstəkar nəvəsi kimi danışsın. Nədən qorxursuz? Deyin ki, Elza Seyidcahan gözəl bəstəkardır. Yazdığı əsər şedevrdir. Mən sənətimlə sizi çırpıram, döyürəm, şillələyirəm, danışdırıram. Həqiqəti deməkdən qorxan insanlar acizdir. Tahir İmanov deyir ki, Elza Seyidcahan Motsartı qəbirdə iki dəfə o yana bu yana fırladıb. Məgər Elza Seyidcahan Morsartı söydü ki?! Əslində deyilər ölünü söyəndə qəbirdə fırlanar. Motsart yox, o qruplaşma yaradan paxıllar var e, onlar yəqin yatdıqları yerdə fırlanıb. Biz yaxşı işlərimiz ilə sanki onları söyürük də.. Hətta kəllə-mayallaq da aşıblar. Motsart yox, əziz Tahir müəllim, siz neçə dəfə fırlandız yerinizdə?!"
Sevda Bayramova