Biləsuvarda su üstündə dava düşdü: xəsarət alanlar var
    • 27-03-2023, 14:22
    • 202

Biləsuvarda su üstündə dava düşdü: xəsarət alanlar var

Biləsuvarda su üstündə dava düşüb.

News24.az-ın məlumatına görə, hadisə rayonun Çərçili deyilən ərazisində qeydə alınıb.

Biləsuvar rayonunun Günəşli kənd sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Gözəlov və oğlu 1987-ci il təvəllüdlü Hikmət Gözəlov tanışları şəxslər tərəfindən döyülüblər. Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə, hadisə su üstündə yaranan mübahisə zamanı baş verib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Biləsuvar rayonu Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z. Mirzəyev və V. Mirzəyev tərəfindən döyüldüklərini bildiriblər.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.