Azərbaycanda baş həkim işdən çıxarıldı
    • 27-03-2023, 16:20
    • 238

Azərbaycanda baş həkim işdən çıxarıldı

TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Bəhlul Məmmədov martın 27-dən tutduğu vəzifədən azad edilib.

Bu barədə News24.az-a Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onun əmək fəaliyyətinə çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilib.

Hazırda 12 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi vəzifəsinə yeni təyinat yoxdur.