Nazir baş həkimi işdən çıxardı
    • 12-10-2019, 19:05
    • 1 434

Nazir baş həkimi işdən çıxardı

Bərdə Rayon Mərkəzi xəstəxanasının baş həkimi işdən çıxarılıb.


News24.az xəbər verir ki, Səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamına əsasən, Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva tutduğu vəzifədən azad edilib.


Nazirin digər əmri ilə boş qalan posta Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadə təyin olunub.