XƏBƏRDARLIQ - Bu tarixdən hava kəskin dəyişir
    • 27-03-2023, 16:28
    • 267

XƏBƏRDARLIQ - Bu tarixdən hava kəskin dəyişir

Bakıda və Abşeron yarımadasında martın 28-də gecə və səhər şimal-qərb küləyinin, 29-u günün birinci yarısında isə cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a verilən məlumata görə, martın 28-i gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında martın 27-si gündüzdən 28-i səhərədək və 29-u gün ərzində əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.