İsrailin 6 ölkədə səfirlikləri bağlandı
    • 27-03-2023, 18:37
    • 325

İsrailin 6 ölkədə səfirlikləri bağlandı

İsrailin xaricdəki diplomatik nümayəndəliklərinə martın 27-də ölkədə məhkəmə islahatlarına qarşı keçirilən ümummilli tətilə qoşulmaqla bağlı çağırış edilib.

News24.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

İsrailin ən böyük həmkarlar ittifaqı “Histadrut” bütün dövlət qulluqçularına, o cümlədən xaricdəki diplomatik nümayəndəliklərin əməkdaşlarına tətilə çıxmaq çağırışı edib.

Məlumata görə, İsrail səfirlikləri etiraz aksiyasına qoşulacaq və yalnız təxirəsalınmaz xidmətlər göstərəcək. İsrailin ABŞ və Fransadakı səfirlikləri artıq fəaliyyətini dayandırıb.

Qeyd edək ki, martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasından sonra etiraz aksiyaları başlayıb.
İsrail Prezidenti İshaq Hersoq da ölkənin baş nazirini və onun hökumətini kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarının qəbulunu dayandırmağa çağırıb.

Baş verən etirazlar fonunda Baş nazir Binyamin Netanyahu məhkəmə islahatlarını dayandırmaq niyyətində olduğunu bildirib.

***
İsrailin daha 4 ölkədə diplomatik nümayəndəlikləri tətil elan edib.

İsrailin Belçika, Cənubi Afrika Respublikası, Estoniya və Finlandiyadakı səfirlikləri bu gün fəaliyyət göstərməyəcək.

Diplomatik korpusların yalnız fövqəladə xidmətlər göstərəcəkləri bildirilib.//axar.az