Yaxın aylarda Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq
    • 27-03-2023, 20:26
    • 1 049

Yaxın aylarda Şuşa Radio-Televiziya Yayım Stansiyasının tikintisinə başlanılacaq

"Bu ilin əvvəllərində Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirmə işləri bitib və yaxın aylarda stansiyanın tikintisinə başlayacağıq".

Bunu "ASAN Radio"nun efirində "Rəqəmsal Dialoq" verilişinin qonağı olan "Teleradio" İB-nin baş direktoru vəzifəsini müvəqqəti icra edən Elman Həsənov deyib. 

"Bu stansiya "Bakı Teleqüllə Kompleksi"ndən sonra Azərbaycanda ikinci metal-beton konstruksiyalı, yeni dizaynlı bir stansiya olacaq. Onun işıqlanması və görüntüsü çox maraqlıdır. Stansiyada təkcə radio və televiziya yayımı olmayacaq, telestudiyalar da yerləşdiriləcək", - E.Həsənov əlavə edib. /Report/